Həftənin ilk iş günü Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək. Həftənin ilk iş günü Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək.

Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək.




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi 9-14 m/s olacaq, gecə arabir 16 m/s-dək güclənəcək.

Abşeron yarımadasında temperatur gecə 17-20 dərəcə isti, gündüz 20-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.

AzNews.az