- Köhnə - Hadisə
- 21 Sentyabr 2014 16:18
- 3 215
Külli miqdarda qızıl və pul oğurlandı- Bakıda
Bakı şəhərinin Səbail rayonunda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.
Arif İsmayılov küçəsi 18 ünvanında (20-ci Sahə adlanan ərazi) yaşayan 1953-cü il təvəllüdlü Həsənova Şükufə Muxtar qızı polisə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt oradan xeyli miqdarda qızıl və pul oğurlanıb.
lent.az-a istinadən xəbər verir ki, qadın qeyd edib ki, mənzildən ümumilikdə 25 min manat pul və 25 min manat dəyərində qızıl-zinət əşyaları götürülüb.
Hazırda müraciət əsasında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Lent.az