Ukrayna höküməti iyulun 17-də vurulan Malaziya təyyarəsinə görə, məhkəməyə verilir. Ukrayna höküməti iyulun 17-də vurulan Malaziya təyyarəsinə görə, məhkəməyə verilir.

Ukrayna məhkəməyə verilir- Malaziya təyyarəsinə görə

Ukrayna höküməti iyulun 17-də vurulan Malaziya təyyarəsinə görə, məhkəməyə verilir.



ANS PRESS-in məlumatına görə, vurulan təyyarədə həlak olan 3 alman sərnişinin ailələrinin hər biri 1 milyon avro kompensasiya tələb edəcək.

Onların vəkili Elmar Giemulla bildirib ki, Ukrayna höküməti bu məsələdə səhlənkarlıq edib. Vəkil Rusiyaya qarşı da məhkəmə davası aça biləcəyini istisna etməyib.

"Bu həftə Avropa İnsan Haqları məhkəməsinə şikayət göndərəcəyəm. Ukrayna səmasında təyyarəni kimin vurmasından asılı olmayaraq hökümət səhlənkarlıq edib. Hər hansı bir ölkə səmasından uçan təyyarələrin təhlükəsizliyini təmin edə bilməyəcəyi təqdirdə hava məkanını qapatmalıdır", - deyə vəkil bildirib.

AzNews.az