Öz ölüm anını videoya çəkdi - VİDEO

Musavat.com xəbər verir ki, hadisə İngiltərədə baş verib.

İngiltərənin Norfolk şəhərində yaşanan bu motosiklet qəzası digərlərindən fərqli idi.

Çünki motosiklet sürücüsü öncədən öz kaskına kamera yerləşdirmişdi. 38 yaşındakı David Holms sürət həvəskarı olub. Və bu həvəsi onu ölümə aparıb.

David, kaskına kamera yerləşdirərək motosikletinə minib. Və yüksək sürətlə hərəkət etməyə başlayıb. Bu zaman dəhşətli şəkildə qəza törədib və dünyasını dəyişib.

Davidin ailəsi bu videonu hər kəslə paylaşıblar. Səbəb olara da "Bizim oğlumuz sürət üzündən həyatını itirdi. İstəyirik ki, bu videoya hər kəs baxsın və dərs alsınlar".

Həmin videogörüntüləri sizə təqdim edirik:




AzNews.az