Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.

Bakıda istehsalat sexində yanğın baş verdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.



Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub.

Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Xəsarət alan olmayıb.

Fakt üzrə Penitensiar Xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.