Onun adı gələndə insanların içinə ölüm xofu çökür. Bu xəstəliyə mübtəla olan insanlar əksər hallarda "artıq həyatın sonudur, əzizlərinlə, yaxınlarınla vidalaşmaq vaxtı çatıb” deyə özünə qapanaraq dünyadan köçəcəyi günü gözləyir. Onun adı gələndə insanların içinə ölüm xofu çökür. Bu xəstəliyə mübtəla olan insanlar əksər hallarda "artıq həyatın sonudur, əzizlərinlə, yaxınlarınla vidalaşmaq vaxtı çatıb” deyə özünə qapanaraq dünyadan köçəcəyi günü gözləyir.

“Xərçəng”dən əziyyət çəkən məşhurlarımız – Siyahı + FOTO

Onun adı gələndə insanların içinə ölüm xofu çökür. Bu xəstəliyə mübtəla olan insanlar əksər hallarda "artıq həyatın sonudur, əzizlərinlə, yaxınlarınla vidalaşmaq vaxtı çatıb” deyə özünə qapanaraq dünyadan köçəcəyi günü gözləyir.


Amma həyat bir mübarizədir, insan mübariz olarsa, hər şeyə qalib gələr, deyibən etiologiyası bu günədək tibbə məlum olmayan bu xəstəliklə, xərçənglə mübarizə aparanlar da az deyil. Azərbaycanda da 34 mindən çox insanın əziyyət çəkdiyi xərçəng xəstəliyinə tutulanlar arasında məşhurlar da var.

AzNews.az şiş xəstəliyindən əziyyət çəkən məşhurları təqdim edir.


Azərbaycanının iki tanınmış sənətçisi - xalq şairi Vaqif Səmədoğlu və xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynov artıq xeyli müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Vaqif Səmədoğlu ölkə başçısının maddi dəstəyi ilə İsraildə müalicə olunur.


Ağciyər xərçəngindən əziyyət çəkən diktor Rafiq Hüseynov isə Türkiyədə kimya-terapiya müalicəsi alır.


Şiş xəstəliyi ilə mübarizə aparanlardan biri də əməkdar artist Kübra Əliyevadır. O da artıq illərdir ki, xərçəngə tutulub və bu xəstəlik onu tanınmaz hala salıb. Süd vəzi xərçənginə görə, kimya-terapiya alan əməkdar artistin saçı bütünlüklə tökülüb.


Xərçəng xəstəliyindən əziyyət çəkənlər arasında azərbaycanlı teleaparıcı Hacı Nuranın adını da çəkməmək olmaz. Uzun müddətdir üzləşdiyi xəstəlik üzündən Almaniyada müalicə olunan aparıcının səhhəti hələ də düzəlməyib.


Şəkərdən və xərçəngdən əziyyət çəkən, Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanovaya ev şəraitində müalicə alır. Lakin onun səhhətində heç bir irəliləyiş yoxdur. Onu da əlavə edək ki, 2006-ci ildən şəkər xəstəsi olan G. Salmanova bu yaxınlarda Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşadığı evdə hamamdan yataq otağına keçmək istəyərkən yerə yıxılıb. Hadisə zamanı oğlu ilə telefonla danışırmış. O, bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyeva ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Onun da vəziyyəti xəstəliklə əlaqədar getdikcə pisləşir.


Bu xəstəliyə qurban gedən məşhurlarımız da az deyil. Əməkdar artist 47 yaşında dünyasını dəyişən Musiqili Teatrının aktrisası Xanım Qafarova da 2009-cu ildən süd vəzi xərçəngi ilə mübarizə aparsa da, sonda xəstəlik qalib gəlib. Uzun müalicələrdən sonra bu ilin iyul ayının 11-də dünyasını dəyişib.

Gültəkin ƏLƏSGƏR
AzNews.az