“Müsavat başqanının kim olması təbii ki, bir siyasətçi və vətəndaş olaraq mənim üçün də önəmli hadisədir”. “Müsavat başqanının kim olması təbii ki, bir siyasətçi və vətəndaş olaraq mənim üçün də önəmli hadisədir”.

AXCP-dən Müsavatdakı başqan seçimi ilə bağlı daha bir açıqlama

“Müsavat başqanının kim olması təbii ki, bir siyasətçi və vətəndaş olaraq mənim üçün də önəmli hadisədir”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli bildirib.

O, vurğulayıb ki, namizədlər arasında üstünlük verdiyi şəxs də var: "Amma hesab edirəm ki, bu məsələ Müsavatın daxili işidir və ona görə də öz mövqeyimi açıqlamaq istəməzdim".

Qeyd edək ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə başqanlığa namizəd Qubad İbadoğlunun müsavatçılarla görüşünə şərh yazaraq -"Qubad bəy sizə seçkidə uğurlar arzu edirəm. Sizin başqanlığınız təkcə partiyanın deyil, həm də demokratik düşərgənin maraqlarına uyğun olardı"- deyə fikir açıqlayıb.

Onun bu şərhi siyasi dairələrdə AXCP-nin mövqeyi kimi qələmə verilir.

Bahar RÜSTƏMLİ
AzNews.az