27 yaşlı Fuad Rəsulovun meyiti Şirvan kanalından çıxarılıb 27 yaşlı Fuad Rəsulovun meyiti Şirvan kanalından çıxarılıb

Toyu olası gəncin meyidi tapıldı

27 yaşlı Fuad Rəsulovun meyiti Şirvan kanalından çıxarılıb



Bu barədə məlumat Axar.az-a Ağdaş rayonundan verilib. Meyit Yuxarı Şirvan kanalının Ağdaş rayonundan keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarından çıxarılıb.

1987-ci il təvəllüdlü Bakı sakini Rəsulov Fuad Faiq oğlu iki gün öncə dostları ilə birgə nişanlısının Qazax rayonunda keçirilən toy mərasimindən (özünün qız toyundan) qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən boğulub.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun toy mərasimi olacaqdı.