Müğənni Nadir Qafarzadə yenidən qalmaqal yaradacaq açıqlama verib. Müğənni Nadir Qafarzadə yenidən qalmaqal yaradacaq açıqlama verib.

“Mentalitet sözünü eşidəndə ətim tökülür”- Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə yenidən qalmaqal yaradacaq açıqlama verib.

"Qafqazinfo"nun məlumatına görə, ifaçı "Şoubiz" verilişinə açıqlamasında onu tənqid edənlərə sərt ismarıc göndərib:


"Mentalitet sözünü eşidəndə ətim tökülür. O heç bizdə yoxdur. Baxırsan camaat lüt, alt paltarı ilə gəzir. Əvvəl şortik idi, indi "tumuş" olub. Qızlar göbəyiaçıq geyinir. Küçədə gəzməyə utanıram. Gülən olmasa, topik köynəyi də geyinməzlər. Artıq susun. Mentalitet, qeyrət, namus, bakirəlik, paklıq sözləri lazım deyil. Tər-təmiz Ramiz hamamın yanında yaşayır. Deyirlər ki, mən qaşımı alıram. Bunlar vecimə deyil. Bu mənim həyatımdır. Qaşımı almıram, üzümdə silikon yoxdur. Dodaqlarım isə öz ətli dodaqlarımdır. Sadəcə üzümə yaxşı qulluq edirəm".