Yanğın 2 mərtəbəli evdə baş verib Yanğın 2 mərtəbəli evdə baş verib

Lənkəranda ev yandı

Yanğın 2 mərtəbəli evdə baş verib



Bu gün səhər saatlarında Lənkəran şəhərində 2 mərtəbəli yaşayış evində yanğın baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın şəhərin Vaqif Nağıyev küçəsində, 68 yaşlı şəhər sakini Mirzağa Əzizova məxsus 102 saylı, 2 mərtəbəli evdə baş verib.

Hadisə zamanı ev sahibləri evdə olduğundan yanğınsöndürənlər vaxtında məlumatlandırılıb. Yanğınsöndürənlər yarım saat müddətində yanğını söndürüb.

Ümumi sahəsi 180 kv.m olan evin I mərtəbəsində 2 otaq və 1 mətbəx əşyaları ilə birlikdə yanıb. Evin II mərtəbəsi və yaxınlıqdakı evlər qorunub saxlanılıb.

Ev sahibləri yanğına eletrik xətlərindəki nasazlığı səbəb olduğunu deyirlər.

Hadisənin baş verməsinin dəqiq səbəbləri yanğın yerində aparılan araşdırmalar nəticəsində bəlli olacaq.