Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun saxlanılması ilə bağlı məlumat yayılıb. Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun saxlanılması ilə bağlı məlumat yayılıb.

DİN-də vəzifəli şəxslərin həbs xəbəri yayıldı – Korrupsiya

Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun saxlanılması ilə bağlı məlumat yayılıb.



Rayon sakinlərindən AzNews.az-a daxil olan xəbərə görə, şöbə müdiri və onun Məmməd adlı müavini korrupsiyada, daha dəqiqi saxta yolla pasport düzəltməkdə ittiham olunur.

Bildirilir ki, bu şəxslər Gürcüstan vətəndaşından külli miqdarda pul alaraq onlara Azərbaycan pasportu verdiklərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. E. Sultanov yayılan xəbəri dəqiqləşdirib, məlumat verəcəyini bildirsə də, sondan zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də eyni münasibət sərgiləndi. Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov şöbənin digər əməkdaşı Orxan Mansurzadəyə müraciət etməyimizi məsləhət gördü. O.Mansurzadə isə dəqiqləşdirmək üçün vaxt istədi, sonradan isə zənglərimizə cavab vermədi.

Gültəkin Ələsgər