İdris Heydərli İdris Heydərli

Günəşin uşaqları

İdris Heydərli



Belə bir film var idi. Doğru xatırlayıramsa, Mahsun Qırmızıgülun filmi idi. Bir neçə il qabaq Türkiyədə ciddi müzakirələrə səbəb olmuşdu.

19-cu yüzilin sonlarında da Bakıda "Günəşli düşüncə" hakim mövqelər qazanmışdı. "Qız qalası", "Od məbədi" kimi hadisələr ön plana qoyulduca Günəş sitayişi dini kimlik pasportu qazanırdı.

Və odpərəstlik, atəşpərəstlik fikir tariximizin xronolojisində önəmlı atributa çevridi.

"Günəşin uşaqları"nı tanıyırıqmı?

Arevordi kimi tanıtdı onları katolikos Nerses 1160- larda.
Onlar Ərməndə və İran yaylasında ciddi bir nüfuza malik idilər.
Ərmən kilsə başçıları Günəşin uşaqlarına qarşı ciddi bir savaş başladılar.
"İsanı Günəş olaraq tanıyırlar, özlərinə xristian deyirlər. Müqəddəs suda vaftiz olunmurlar" - deyə şikayət edən Maqistr Qriqori də xristian güclərdən onlara qarşı tədbirlər görülməsini istəyir Amid kilsəsindən.

Sonra Teymur zamanından bəhs edən tarix kitablarında onlar yenidən peyda olur. Teymur onlara divan tutur, Şərqi Anadolunun Arevordilərini məhv etməkdən ötrü bir neçə şəhəri yerlə yeksan edir.

Sonrası müəmmalardır sadəcə.

Günəşin uşaqları hara qədər gələ bildilər, hardan hansı kimliyə çevrildilər, bəlli deyil.
Eçməzdin mərkəzləşdikdən sonra erməniləşən kimliklər və erməniləşməyən kimliklərin savaşı gizli bir savaşa döndü.
Fikrin, düşüncənin tarixi - yaddaşın tarixidir.
Yaşanan siyasi, ictimai tarixlər unudular, yaddaş isə mayasına qatdığı dəyərlərin girovuna dönər.

Yaddaşın mayası nədirsə hər kimlik odur.
"Tutarsa qatıq, tutmazsa ayran" demək mayanın problemidir.
Yerevan erməniləri Osmanlı xristianlarının toplusudur.

Qarabağ erməniləri İran yaylasının xristianları.


Azərbaycan ərazilərinə köçürülən ermənilərin isə... məzhəb savaşlarının birləşdirici Rus provoslav kilsəsi oldu. Məzhəbçi kimliklərdən milli kimlik inşa edildi... Erməni kimliyi belə yarandı.

Rus provoslav kilsəsi miras olaraq dövr aldığı Bizans kilsəsinin ortodoksluğunu belə qəbul etmədi.

Yeni bir kilsə düzənlədi və xristian kimliklərinə də yeni şəkil verdi.
Nə dünən ki, ortodoks kilsə O kilsə oldu, nə də hami olaraq sahib çıxdığı xristianlar. Rus İmperiyası İran və Anadolu xristianlarının hamisi olaraq islam coğrafiyasında yaşayan xristianlara fərqli bir dizayn gətirdi.

Vatikan protestant düşüncənin qarşısında duruş gətirməyə cəhd edərkən Bizans ortodoks kilsəsinin belə bir şəkil alacağını gözləmirdi.

"Günəşin uşaqları" ilə başladım yazını.
Onların izini tapmaq elə də çətin deyil.
Fikir tarixində itki olmur.
İtkilər yaddaşsızların yaddaşıdır.