Afrikada yerləşən Qvineyada tükürpədici hadisə yaşanıb. Afrikada yerləşən Qvineyada tükürpədici hadisə yaşanıb.

Bu ölkədə qadınları diri-diri yandırdılar - FOTOLAR

Afrikada yerləşən Qvineyada tükürpədici hadisə yaşanıb.

Aznews.az xəbər verir ki, cadugarlara inanan qadınlar qorxunc işgəncələrə məruz qaldıqdan sonra diri-diri yandırılıb.

Bu hadisənin qurbanlarından biri də şəkildəki bu qadındır. O, diri-diri yandırılmaqdan son anda canını qurtarıb.



Bu şəkildə isə qadın soyundurularaq ağac üzərində oturub. Onu qarşıda diri-diri yandırılmaq prosesi gözləyir.



Bir qrup qəbilə üzvlərinin arasında çarəsizlik içərisində ölümünü gözləyən bu qadının günahı isə oğlunun cadugar yanına apararkən orada tutduğu mədə infeksiyasından ölməsidir. Qadın cadu etdirdiyinə görə lənətlənib.



2003-cü ildə Rasta Ruva adlı bu qadın isə "Vudu" cadusu etməkdən günahlandırıldığı üçün qorxunc bir işgəncəyə məruz qalıb. Onun bir əli və digər əlindəki bəzi barmaqlar kəsilib.



Bu qadına işgəncələr edənlərdən biri də elə öz əridir. Rasta Ruva işgəncəyə məruz qalan digər qadınlar kimi evə geri qayıtmağı düşünmür.



Qeyd edək ki, cadugar yanına getmək bir çox ölkələrdə qadağan edilsə də Qineyada bu qorxunc inancın davam etdirilməsi adi hal hesab edilir.











Nərmin Məmmədli
AzNews.az