Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəylinin istefasına münasibət bildirib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəylinin istefasına münasibət bildirib.

Anar Elçinin istefasından danışdı: "O, roman yazmaq istəyir"

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəylinin istefasına münasibət bildirib.


AzNews.az-a açıqlamasında xalq yazıçısı deyib ki, Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti"ndən vaxt azlığından istefa vermək məcburiyyətində qalıb: "Qəzet hər həftə çıxdığından yeni əsərlər yazmağa vaxt çatdıra bilmir. Onun üçün də ərizə yazdı. Biz də onu başa düşdük və ərizəsinin üstünü yazdıq. Bu, onun istəyi idi. Biz də onu yerinə yetirdik. Deyəsən, Elçin roman yazmaq üçün bu addımı atıb".

Qeyd edək ki, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli tutduğu vəzifədən istefa verib. Onun yerinə baş redaktorun müavini, araşdırmaçı Azər Turan təyin edilib. O, öz vəzifəsini sabahdan icra edəcək.


Bahar RÜSTƏMLİ
AzNews.az