Xalq artisti Səməd Səmədov rəhbərlik etdiyi “Qismət” qrupunun ona 10 min manatlıq delfin hədiyyə etməsi xəbərinə reaksiya verib. Xalq artisti Səməd Səmədov rəhbərlik etdiyi “Qismət” qrupunun ona 10 min manatlıq delfin hədiyyə etməsi xəbərinə reaksiya verib.

Səməd Səmədovdan delfin açıqlaması

Xalq artisti Səməd Səmədov rəhbərlik etdiyi “Qismət” qrupunun ona 10 min manatlıq delfin hədiyyə etməsi xəbərinə reaksiya verib.


Xalq artisti AzNews.az-a açıqlamasında bildirib ki, ona belə bir hədiyyə verilməyib:
"Səməd Səmədova hədiyyə verəni təpik gözləyir. Mən televiziyada açıqlama verdim. Mənim bütün dostlarım, qohumlarım bilir ki, ad günümdə hədiyyə almağı xoşlamıram. Mən demişəm ki, kim mənə ad günümdə adi kibrit çöpü də alsa, onu söyüb qovacam. Heç kəsə əziyyət verməyi xoşlamıram. Ad günü keçirirəm. Amma qıymıram ki, kimsə mənə görə 20-50 dollarlıq hədiyyə alsın. Çünki mən kasıbçılıqla böyümüşəm. "Qismət" də kasıb qrupdu, onun belə bir hədiyyəsi olmayıb. Mən bu qrupdan hədiyyə almamışam. Belə bir şey olsa, mən qəbul onu etmərəm. Ailə üzvlərimə 20 dollarlıq hədiyyəni qıymıramsa, 10 minlik hədiyyə alanı evimdən təpiklə vurub qovardım".

Qeyd edək ki, "Qismət" qrupunun üzvləri xalq artistinə 10 min manatlıq delfin aldığı barədə məlumat yayıblar.


Bahar RÜSTƏMLİ
AzNews.az