Dünyanın nüfuzlu nəşrlərindən olan İtaliyanın məşhur “La Gazzetta dello Sport” qəzeti bugünkü sayında “Qarabağ” futbol klubu haqqında böyük yazı hazırlayıb. Dünyanın nüfuzlu nəşrlərindən olan İtaliyanın məşhur “La Gazzetta dello Sport” qəzeti bugünkü sayında “Qarabağ” futbol klubu haqqında böyük yazı hazırlayıb.

“La Gazzetta dello Sport“ “Qarabağ“dan yazdı

Dünyanın nüfuzlu nəşrlərindən olan İtaliyanın məşhur “La Gazzetta dello Sport” qəzeti bugünkü sayında “Qarabağ” futbol klubu haqqında böyük yazı hazırlayıb.


AzNews.az xəbər verir ki, sərlövhəsi "Qarabağ" - ruhlar şəhərinin komandası" olan yazıda klubun təsisçisinin Adil Nadirov olduğu bildirilib.

Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan italiyalı jurnalistlər klubun doğma məkanda son matçını 1993-cü ilin mayın 9-da "Xəzər"ə qarşı keçirdiyini, qalib gəldikləri həmin matçda Müşfiq Hüseynovun qol vurduğunu, baş məşqçi Allahverdi Bağırovun müharibədə şəhid olduğunu bildiriblər. Həmçinin orada Aslan Kərimovun "Qarabağ"da hamıdan çox - 150 matç keçirməsi, hazırkı kapitan Rəşad Sadıqovun Türkiyədə oynaması, futbolsuz qalan vaxt basketbol çempionatında özünü sınadığı da qeyd olunan məlumatlar sırasındadır.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 2-də Avroliqanın qrup mərhələsi çərçivəsində İtaliya nəhənglərindən olan "İnter"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

AzNews.az