Bu gün Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aygün Natavana uduzdu- Məhkəmə qərarı

Bu gün Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşıb.



"Qafqazinfo"nun məlumatına görə, müğənninin vəkili Fərid Həsənov bildirir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Aygün Kazımova Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, Natavandan üzr istəməlidir.

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya icmarıc yollayıb.

"Neçə illərdir ki, bu qadının şər-böhtanlarına dözürdüm, amma ona cavab verməməyimdən istifadə edərək ailəmə də şər atdı. Bir daha deyirəm sən nə sənətdə, nə də dövlətin qanunları ilə mənə qalib gələ bilməyəcəksən. Çünki, qanun haqqın tərəfindədir. Dəfələrlə mənim erməni olmağım barədə yalan danışmısan, xalqımızı öz yalan və böhtanlarınla inandırmağa çalışmısan. Amma bizim xalq ağı-qaradan seçməyi bacarır və sənin yalanlarına inanmır. Bir daha mənə qalib gəlmək haqqında düşünmə, yadında saxla ki, düz həmişə əyrini kəsir, mən isə düzəm".

AzNews.az