Ukrayna Ali Radasının deputatı, Radikal Partiyanın lideri Oleq Lyaşko "Range Rover" markalını avtomobilini 70 min dollara satıb və pulu orduya verib. Ukrayna Ali Radasının deputatı, Radikal Partiyanın lideri Oleq Lyaşko "Range Rover" markalını avtomobilini 70 min dollara satıb və pulu orduya verib.

Deputat “Range Rover“ini satıb, pulu orduya verdi

Ukrayna Ali Radasının deputatı, Radikal Partiyanın lideri Oleq Lyaşko "Range Rover" markalını avtomobilini 70 min dollara satıb və pulu orduya verib.

Musavat.com xəbər verir ki, deputat bu barədə Facebook-da yazıb.

"Bu, bazar qiymətlərindən təxminən iki dəfə çoxdur. Çünki, maşın 2008-ci ilin istehsalıdır və satılmış KİV-lərin yazdığl kimi dəbdəbəli deyil. Bu, gizli qalmaq istəyən alıcı üçün sərmayədir. Qeyri-təvazökarlığa görə bağışlayın, amma Lyaşkonun maşını daha qiymətlidir", - deputat yazıb.

Lyaşko məlumat verib ki, maşının pulu ilə xüsusi təyinatlı batalyonlar üçün zirehli gödəkçələr, yataq döşəkləri, çadırlar, geyim, ratsiyalar, KamAz hərbi maşını və MAZ avtomobili alınıb.

Musavat.com