Ucar rayonunun Təzə Şilyan kəndində bir həftə ərzində xəstəlikdən ən azı 100 inək ölüb. Ucar rayonunun Təzə Şilyan kəndində bir həftə ərzində xəstəlikdən ən azı 100 inək ölüb.

Təhlükəli epidemiya- Azərbaycanda

Ucar rayonunun Təzə Şilyan kəndində bir həftə ərzində xəstəlikdən ən azı 100 inək ölüb.


Kənd sakinlərinin ANS PRESS-ə bildirdiyinə görə, Təzə Şilyan kəndində nodulyar dermatit virus xəstəliyi mal-qaranı məhv edib. Kənddə hər gün demək olar ki, 20-ə yaxın inək ölür.

Sakinləri narahat edən məsələlərdən biri isə bundan ibarətdir ki, baş vermiş hadisə ilə bağlı dövlət qurumlarından heç biri maraqlanmır. Baytarlıq idarəsi xəstəliyin qarşısının alınması məqsədilə heç tədbir görmür.

"Şikayət edirik, amma bizi dinləyən yoxdur. Ölən heyvanları basdırmaq üçün bizə heç texnika da vermirlər. Axı ölən inəklər bir deyil, iki deyil. Söhbət yüzdən çox inəkdən gedir. Hələ bunlar bir həftə ərzində ölənlərdir", deyə sakinlər bildirir.

Onlar tələb edirlər ki, rayonda olan Baytarlıq idarəsi xəstəliyin digər heyvanlara keçməməsi üçün müvafiq tədbirlər həyata keçirsinlər. Kənd sakinləri xəstəlikdən ölən mal-qaranın sayının sürətlə artacağından narahatdır.

AzNews.az