Goranboy rayonunda kütləvi qətlin təfərrüatları bəlli olub. Goranboy rayonunda kütləvi qətlin təfərrüatları bəlli olub.

Goranboydakı dəhşətli qətlin – Təfərrüatı (Yenilənib)

Goranboy rayonunda kütləvi qətlin təfərrüatları bəlli olub.

Rayon sakinlərin AzNews.az-a verdiyi məlumata görə, hadisə rayonun Safıkürd kəndində baş verib.

Kütləvi qətli Goranboy rayonunun Safıkürd kənd sakini Rafiq Hüseynov adlı şəxsin törətdiyi məlum olub. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Evə daxil olan Rafiq əvvəlcə həyat yoldaşını, qaynanasını və qaynını öldürüb. O da məlum olub ki, öldürdüyü həyat yoldaşı onun ikinci evliliyi olub.

Rafiq bu dəhşətli qətli törətdikdən sonra qonşuluqda yaşayan birinci həyat yoldaşını da öldürmək istəyib. Lakin sonradan fikrini dəyişib- birinci həyat yoldaşının yaşadığı mənzilə bir-iki güllə atmaqla kifayətlənib.

Məlumatına görə, qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, 3 nəfər isə digər ailənin üzvləri olublar.

Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.

Ölənlər bunlardır:

Diləzbər (ana)

Fərqanə (baldız)

Südabə (gəlin)

Namiq (qardaş)

Ofilə

Həvayət

İsa (3 yaş)

Məlumata görə, ailənin bir müddət öncə ailə quran qızı Südabə dünən səhər saatlarında ata evinə qayıdıb. "Bundan sonra kənddə ov ilə məşğul olan Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Bundan snra Rafiq gecə saatlarında evə hücum edib".


Qeyd edək ki, hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. APA-nın verdiyi məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.


Gültəkin ƏLƏSGƏR