“İslam Dövləti”nin terrorçuları Suriyanın Hələb şəhərində 20 türk əsgərini əsir götürüb. “İslam Dövləti”nin terrorçuları Suriyanın Hələb şəhərində 20 türk əsgərini əsir götürüb.

Suriyada 20 türk əsgəri əsir götürüldü

“İslam Dövləti”nin terrorçuları Suriyanın Hələb şəhərində 20 türk əsgərini əsir götürüb.



AzNew.az xəbər verir ki, türk hərbçilər ərazidə olan Osmanlı imperiyasına məxsus olan Süleyman Şahın məqbərəsini qoruyublar. Türkiyə baş nazirinin müavini Bülənt Arınç bir müddət öncə məqbərənin İŞİD təhlükəsindən qorunmasını vacib məqam hesab edib.

Bülənt Arınc Türkiyənin İraq və Suriyaya hərbi müdaxilə planı barədə də danışaraq bu planın ölkə parlamentində müzakirəyə çıxarılacağını bildirib.

Qeyd edək ki, Süleyman Şah məqbərəsi 1921-ci ildə imzalanmış sazişə əsasən Türkiyənin anklavı hesab olunur.

ABŞ son zamanlar Türkiyəni Suriya və İraq hərbi müdaxilə etməyə çağırıb.

Xəyal Əzizov
AzNews.az