Baş prokuror: "Bu barədə mənə səhərə yaxın zəng vuraraq dedilər" Baş prokuror: "Bu barədə mənə səhərə yaxın zəng vuraraq dedilər"

Zakir Qaralov Goranboy qətlindən danışdı

Baş prokuror: "Bu barədə mənə səhərə yaxın zəng vuraraq dedilər"

Baş prokuror Zakir Qaralov Goranboyda baş verən dəhşətli hadisə barədə açıqlama verib.

AzNews.az-ın məlumatına görə, Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, baş verən hadisədən çox təəssüf hissi keçirir.

"Bu barədə mənə səhərə yaxın zəng vurub dedilər. Dərhal göstəriş verdim və Baş Prokurorluqdan xüsusi əməliyyat qrupu hazırlanaraq Goranboya ezam olunub. Hadisəni törədən şəxs tutulub. İlkin araşdırmalar zamanı cinayətin ailə-münaqişə zəminində baş verdiyi məlum olub. Baş verən dəhşətli cinayət barədə ətraflı məlumatlar aparılacaq istintaq zamanı məlum olacaq və mətbuata əlavə məlumat veriləcək", - deyə Zakir Qaralov vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saat 4:00 radələrində Goranboyda dəhşətli hadisə baş verib. Rafiq Hüseynov adlı şəxs qumbara ilə evə daxil olub və partladıb. Hadisə nəticəsində 7 nəfəri ölüb, 2 nəfəri isə yaralanıb.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.


AzNews.az