Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokurorunun, prokuror müavininin və köməkçisinin cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət bildirib. Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokurorunun, prokuror müavininin və köməkçisinin cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət bildirib.

Zakir Qaralov prokurorluqdakı nöqsanlardan söz açdı

Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokurorunun, prokuror müavininin və köməkçisinin cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət bildirib.


APA-nın məlumatına görə, Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib ki, bu, Baş Prokurorluğun ilk qərarı deyil: "Prokurorluq orqanlarının istənilən əməkdaşı cinayət işinin istintaqında və şikayət ərizələrinin obyektiv baxılmasında nöqsanlara yol verdikdə, o şəxs barəsində tədbir görülür. Həmin işlə bağlı bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev, digər cinayət işi isə həmin şəxslər barəsindədir. Hər iki cinayət işi barəsində cinayət məsuliyyəti aparılan istintaqın nəticəsindən məlum olacaq" .


AzNews.az