Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri aparıldıqdan və mövcud vəziyyət aydınlaşdıqdan sonra, bu ərazinin planlaşdırma sənədi yenidən işlənəcək. Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri aparıldıqdan və mövcud vəziyyət aydınlaşdıqdan sonra, bu ərazinin planlaşdırma sənədi yenidən işlənəcək.

“Sovetski”dən yeni xəbər var

Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri aparıldıqdan və mövcud vəziyyət aydınlaşdıqdan sonra, bu ərazinin planlaşdırma sənədi yenidən işlənəcək.



AzNews.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a bildirib.

Xəbərdə deyilir ki, hazırda həmin ərazidəki köhnə evlərin və digər obyektlərin sökülməsi işləri aparılır.

"Vaxtilə "Sovetski", "Kubinka", "Xutor", "Papanin" kimi tanınan ərazilərdə heç bir yaşayış normaları nəzərə alınmadan məskunlaşma prosesi aparılıb. Bu ərazilərin əksəriyyətində dözülməz sanitariya vəziyyəti hökm sürür. Təsəvvür edin, 4 kvadratmetrlik həyətə 8 evin qapısı açılır. "Sovetski"də elə evlər var ki, oraya ümumiyyətlə heç gün işığı düşmür. Çox da keçmişə getməyək, 6-7 il bundan əvvəl Heydər Əliyev Sarayının ətrafı hansı vəziyyətdə idi? İndi isə baxın, necə gözəl istirahət parkı və yaşıllıq salınıb, geniş yollar çəkilib. Bütün bunlar şəhərimizin gözəlləşməsinə və insanların rahatlığına xidmət edir", - deyə C.Qocayev vurğulayıb.

Şöbə müdiri onu da əlavə edib ki, "Sovetski"də tarixi, memarlıq abidələri də mövcuddur və bütün bunlar paytaxtın müfəssəl planında nəzərə alınıb. Plana N.Nərimanov prospektində 3 hündürmərtəbəli binanın tikilməsi də daxil edilib. Ərazi, demək olar, başdan-başa yaşıllaşdırılacaq.


AzNews.az