“İstintaqın ilk günündən Leyla Yunusun öz istədiyi vəkil təyin olunub və həmin vəkil istədiyi vaxt onunla görüşür. Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq onların hüquq və azadlıqları təmin edilir”. “İstintaqın ilk günündən Leyla Yunusun öz istədiyi vəkil təyin olunub və həmin vəkil istədiyi vaxt onunla görüşür. Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq onların hüquq və azadlıqları təmin edilir”.

“Leyla Yunusa heç kim təzyiq etmir” – Zakir Qaralov

“İstintaqın ilk günündən Leyla Yunusun öz istədiyi vəkil təyin olunub və həmin vəkil istədiyi vaxt onunla görüşür. Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq onların hüquq və azadlıqları təmin edilir”.


AzNews.az apa-ya istinadən xəbər verir ki, bu sözləri baş prokuror Zakir Qaralov bəzi beynəlxalq təşkilatların etirazlarına münasibət bildirərkən deyib.

O, Leyla Yunusun cinayət işi ilə bağlı mətbuata vaxtaşırı məlumatlar verildiyini söyləyib: "Bu günlərdə mətbuatda Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar yayılıb. Bu, uydurmadır. Dərhal ekspertiza keçirilib və həmin məlumat öz təsdiqini tapmayıb. Onun cinayət işi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək" .