Daxili İşlər Nazirliyi (DİN) Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi (DİN) Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb.

DİN-dən Goranboy açıqlaması – Qatil evə qumbara atıb

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı nazirliyin saytı yayıb. Xəbərdə deyilir ki, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.


AzNews.az