"Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Qərar da möhtərəm Prezident tərəfindən qəbul olunmalıdır". "Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Qərar da möhtərəm Prezident tərəfindən qəbul olunmalıdır".

"NİDA-çılarla bağlı qərarı Prezident verəcək" - Baş prokuror

"Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Qərar da möhtərəm Prezident tərəfindən qəbul olunmalıdır".



AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

Baş prokurorun sözlərinə görə, ictimai asayişi kobud şəkildə pozmağa cəlb edilmiş şəxslər başa düşməlidirlər ki, Azərbaycan gənclərini dövlətə qarşı yönəldə bilməzlər: "Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq".

Qeyd edək ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər.