“Bu il 200 dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə cəlb edilib”. “Bu il 200 dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə cəlb edilib”.

“Korrupsiya idarəsində 125 cinayət işinin istintaqı gedir”

“Bu il 200 dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə cəlb edilib”.



AzNews.az apa-ya istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

"Hüquq-mühafizə orqanları ilə birlikdə görülən tədbirlər nəticəsində ölkədə sabitlik bərqərar olunub, ağır cinayətlərin tam əksəriyyətinin açılması təmin edilib. Cari ilin oktyabrın 1-nə qədər 139 cinayət işinin istintaqını yekunlaşdırıb məhkəmələrə göndərmişik və 200-dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə verilib. Bu gün Korrupsiya Qarşı Baş Mübarizə idarəsində 125 cinayət işinin istintaqı davam etdirilir", - deyə Zakir Qaralov vurğulayıb.