Ağdaş rayonunda qadınlar çaqqal hücumuna məruz qalıblar. Ağdaş rayonunda qadınlar çaqqal hücumuna məruz qalıblar.

Qadınlar çaqqalı öldürdü - Ağdaşda

Ağdaş rayonunda qadınlar çaqqal hücumuna məruz qalıblar.



AzNews.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nemətabad kəndində baş verib.

Ötən gün kəndin 55 yaşlı sakini Nərminə Əbilovaya bir neçə çaqqal hücum edib. Yırtıcı heyvanlar qadına bir neçə bədən xəsarəti yetiriblər. Onun köməyinə gələn həmkəndlisi Roza Yusifovanı da çaqqallar dişləyib. Buna baxmayaraq, qadınlar çaqqallardan birini öldürə biliblər.

Yaralı qadınlar rayon xəstəxanasına yerləşdiriliblər.