Qurban bayramı ilə bağlı paytaxtın bir neçə ərazisində çadırlar qurulacaq. Qurban bayramı ilə bağlı paytaxtın bir neçə ərazisində çadırlar qurulacaq.

Bakıda çadırlar qurulacaq

Qurban bayramı ilə bağlı paytaxtın bir neçə ərazisində çadırlar qurulacaq.



Bu barədə AzNews.az-a Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlama verib. O, bildirib ki, bayramla əlaqədar olaraq təşkil olunan yarmarkalarda baytarlıq tədbirləri görüləcək. Y.Xanvəlinin sözlərinə görə, ilk olaraq yarmarkalara çıxarılacaq heyvanlar baytarlıq şəhadətnaməsi, Forma-1 əsasında daxil olması təmin olunacaq.

"Artıq bu istiqamətdə işlər gedir. Yerlər də müəyyən edilib. Mütəxəssislərimiz axşamdan başlayaraq bu istiqamətdə işlər görürlər. Bəzi yerlərdə çadırların quraşdırılması nəzərdə tutulur. Həmin ərazilərdə tam nəzarət həyata keçiriləcək. Əgər lazım olarsa kliniki müayinələr aparılacaq. Bundan sonra kəsim aparılan ərazidə həmin heyvanların laborotor müayinəsini aparmaq üçün səyyar laboratoriya fəaliyyət göstərəcək. Güman edirik ki, qoyulan tələblər tam yerinə yetirilməlidir".

Bakı şəhərində 8 kəsim məntəqəsinin fəaliyyət göstərdiyini deyən Y.Xanvəlinin sözlərinə görə, heyvanların harada gəldi kəsilməsinə də nəzarət olunacaq.
"23 satış məntəqəsinə 2 baytar həkim təyin olunub ki, heyvanların sənəd əsasında bazara daxil olmasına və onların kliniki müayinəsinin həyata keçirilməsinə nəzarət edəcəklər" - deyə Y.Xanvəli bildirib.

Gültəkin ƏLƏSGƏR