Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın oktyabr ayının 12-də Bakıda keçirmək istədiyi mitinqlə bağlı xəbərlərə münasibət bildirib. Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın oktyabr ayının 12-də Bakıda keçirmək istədiyi mitinqlə bağlı xəbərlərə münasibət bildirib.

YAP-dan mitinq açıqlaması – "...hansı güclə keçirəcəklər?"

Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın oktyabr ayının 12-də Bakıda keçirmək istədiyi mitinqlə bağlı xəbərlərə münasibət bildirib.

AzNews.az-a açıqlama verən deputat deyib ki, bu qurumun heç bir perspektivi yoxdur.

"Ötən il keçirilən prezident seçkiləri ərəfəsində cəmiyyətdə insanlar arasında Milli Şura haqda hər hansısa informasiya var idi. Hazırda bu qurumun yoxluğu ilə varlığı arasında heç bir fərq yoxdur. Mənə maraqlıdır, onlar mitinqi hansı güclə keçirəcəklər? Prezident seçkilərindən sonra əksər qurumlar oranı tərk edib. Mən hesab edirəm ki, Milli Şuranın keçirmək istədiyi mitinqdə jurnalistlər və polislərin sayı mitinq iştirakçılarında çox olacaq", - deyə, millət vəkili vurğulayıb.


Xəyal Əzizov
AzNews.az