Bakının Şüvəlan qəsəbəsində bağ evi gəlinlə qayını bir-birinə düşmən edib. Leyla Həmidova məhkəmənin iki dəfə onun xeyrinə qərar çıxartdığını desə də, qayını Firudin Mahmudov və onun həyat yoldaşı Gültamam Mahmudova bağ evini onun əlindən güc yolu ilə almaq istəyirlər. Bakının Şüvəlan qəsəbəsində bağ evi gəlinlə qayını bir-birinə düşmən edib. Leyla Həmidova məhkəmənin iki dəfə onun xeyrinə qərar çıxartdığını desə də, qayını Firudin Mahmudov və onun həyat yoldaşı Gültamam Mahmudova bağ evini onun əlindən güc yolu ilə almaq istəyirlər.

Şüvəlanda bağ davası: Polisin gözü önündə baş verən dələduzluq

Bakının Şüvəlan qəsəbəsində bağ evi gəlinlə qayını bir-birinə düşmən edib. Leyla Həmidova məhkəmənin iki dəfə onun xeyrinə qərar çıxartdığını desə də, qayını Firudin Mahmudov və onun həyat yoldaşı Gültamam Mahmudova bağ evini onun əlindən güc yolu ilə almaq istəyirlər.


Leyla Həmidovanın AzNews.az-a verdiyi məlumata görə, qaynı və qaynının həyat yoldaşı bağa gəlib ona qarşı hörmətsizlik ediblər və hətta döyüblər:

"Vaxtilə onların da bağı var idi. Onlar öz bağ ərazisini satdılar. Anası rəhmətə gedəndən sonra bu bağ evinə də şərik çıxdılar. Amma onların burada heç bir payı yoxdur. Yoldaşım 15 ildən çox bu bağ evində qalıb. Onun ölümündən sonra həmin bağda mən qalıram. Baldızlarım da var. Onlar da bunu təsdiqləyirlər. Yoldaşım rəhmətə gedəndən iki ay sonra qaynanam da rəhmətə getdi. Bağda həmişə biz yaşamışıq, buranın xərclərini biz çəkmişik, amma indi qayınımgil gəlib bu evə sahib çıxmaq istəyirlər. Bir neçə dəfə gəlib söyüb, təhqir ediblər. Sonuncu dəfə isə məni döydülər, xəsarət yetirdilər, xəstəxanaya düşdüm. Bununla bağlı polisə müraciət etmişəm. Xəstəxanadan ekspertizanın nəticələrini də götürmüşəm. İki aydır polisə ərizə vermişəm. Amma hələ ki heç bir nəticə yoxdur. Xəzər rayon polis idarəsi heç bir iş aparmır.

Bununla yanaşı məhkəməyə də müraciət etmişəm. Məhkəmə iki dəfə mənim xeyrimə qərar çıxarıb. Qərarda göstərilir ki, onların bu bağ evinə girməyə ixtiyarı yoxdur. Bun abaxmayaraq, polisin səhlənkarlığı ucbatından onlar, məhkəmə qərarına heç bir məhəl qoymadan, bağa soxulurlar, məni döyməkdən, təhqir etməkdən belə çəkinmirlər. Onlar mənə hədə-qorxu gəlirlər, gecəylə başımı kəsib, qanımı batıracaqlarını bildirirlər. Bütün bu cinayətlərə polis göz yumur".

Leyla Həmidovanın vəkil Rövşən Yusifovun sözlərinə görə, vəziyyətin bu həddə çatmasında hüquq-mühafizə orqanlarının günahı var: "Özlərinin bağ evini satan Firudin Mahmudov bütün qanuni prosedurlara məhəl qoymayaraq, bağ evinə sahib olmaq istəyir. O, vərəsəlik hüququ ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə onlara rəd cavabı verib. Amma onlar bütün bu qərarlara məhəl qoymayaraq evə girib evi dağıdıb, evin sahibini döyüblər. Hazırda bunula bağlı istintaq aparılır. Təhqiqat işi istintaqa versə də, istintaq heç bir iş görmür. Nə çağırırlar, nə dinidirilmə var? Bir sözlə, heç bir iş görülmür".

Mövzunun davamı olacaq.


AzNews.az