“Qanun” Nəşrlər Evi endirimli kitab yarmarkalarını davam etdirir. “Qanun” Nəşrlər Evi endirimli kitab yarmarkalarını davam etdirir.

“Qanun” tələbələr üçün fürsət yaratdı - FOTOLAR

“Qanun” Nəşrlər Evi endirimli kitab yarmarkalarını davam etdirir.



AzNews.az xəbər verir ki, növbəti kitab yarmarkası Pedoqoji Universitetdə təşkil olunub.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu AzNews.az-a bu yarmarkanın yeni dərs ilinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, bu dəfə tələbələrə xüsusi diqqət ayrılıb və bu cür yarmarkalar bütün universitetlərdə keçirilməsi planlaşdırılır:
"Bu həftə İqtisad Universitetində də kitab yarmarkası təşkil olunacaq. Yarmarkada nəşriyyatın çap etdiyi kitablarla yanaşı, tələbələr də öz kitablarını satışa çıxara biləcəklər. Onlar bu yarmarkada özündən yuxarı kurs tələbələrinin əvvəlki illərdə istifadə etdikləri kitabları əldə etmək şansını qazanacaqlar. Dərs ilinə yeni başlayan tələbə, dərs ilini bitirən tələbənin kitablarından faydalana biləcəklər. Həm də tələbələr istifadə etmədikləri vəsaitləri satmaqla özlərinə lazım olan kitabların pulunu əldə edəcəklər. Bir sözlər, bu, kitab dəyişimi yarmarkasıdır".

Ş.Xuduoğlu onu da bildirib ki, yarmarkada kitablara 20% endirim olacaq.




Gültəkin