“İranda Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Qısa zamanda fəaliyyətə başlamalı kanal 24 saat efirdə olacaq”. “İranda Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Qısa zamanda fəaliyyətə başlamalı kanal 24 saat efirdə olacaq”.

İranda Azərbaycan dilində televiziya açılır

“İranda Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Qısa zamanda fəaliyyətə başlamalı kanal 24 saat efirdə olacaq”.



AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri Ezzatollah Zarghami oktyabrın 14-də keçirilən mətbuat konfransında deyib.

E.Zarghami bildirib ki, həmin kanalda Azərbaycanda çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Bundan başqa, televiziya iki ölkə arasındakı əməkdaşlığı, mədəni əlaqələri də işıqlandıracaq: "Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".

E.Zarghaminin sözlərinə görə, İran "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace-1"dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".

İran rəsmisi səfər çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunduğunu da bəyan edib.