Məşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Məşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

“Valsın kralı”nın əsərləri Bakıda səslənəcək

Məşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.



AzNews.az xəbər verir ki, bu haqda məlumat Heydər Əliyev Mərkəzindən Trend-ə bildirilib.

Xəbərdə deyilir ki, konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı" İohan Ştrausun (Johann Strauss), eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.

Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Vyana Ştraus Festival Orkestri müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.

Orkestrin yaradıcısı və bədii rəhbəri məşhur dirijor, virtuoz skripkaçı Peter Qutdur. O, İohan Ştraus ənənəsinin davamçısı olaraq skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh edir.