Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsini davam etdirir.

İsmayıllı və Qubadlı məktəbləri qardaşlaşdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsini davam etdirir.




Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumata görə, növbəti dəfə Qubadlı şəhər Qara İlyasov adına 1 nömrəli tam orta məktəbi ilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbi arasında "Qardaşlaşma müqaviləsi"imzalanıb.
AzNews.az xəbər verir ki, ev sahibləri İsmayıllıda qonaq olan Qubadlı məktəblilərini Heydər Əliyev Mərkəzində qarşılayıblar. Əvvəlcə məktəblilər Ulu öndər Heydər Əliyevin in rayon mərkəzindəki abidəsini ziyarət ediblər.

Mərkəzin foyesində F.Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin şagirdləri - Ayşə Səfərova Şopenin "Yaz nəğməsi" əsərini, Xəyal İsmayılov isə "Heyratı" zərbi muğamını çalıblar.

Mərkəzdə şagirdlərin iştirakı ilə toplantı keçirilib. Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və RİH başçısının müavini Sevil Əhmədova da iştirak edib.

R.Ağayev ölkədə təhsil sahəsinə göstərilən diqqətdən danışıb. Layihənin əhəmiyyətini qeyd edib. O, bildirib ki, "Qardaşlaşmış məktəblər" layihəsi gənc nəslə ən böyük töhfədir.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə uyğun olaraq, gənc nəslə Azərbaycançılıq məfkurəsinin mahiyyətinin çatdırılmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, milli-mənəvi və dini dəyərlərin təbliğini, hər bir şagirdin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafının təmin edilməsini, gənclərin bilik, bacarıq və vərdişlərinin inkişafına dəstək göstərilməsini, sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin, Azərbaycan tarixi və mədəniyyətinin təbliğini bir şərəf borcu hesab etdiyini deyib.

Qara İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hümbət Hümbətəliyev, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov 2013-2014-cü tədris ilində məktəblərin qazandığı uğurlardan danışıblar.
Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə tanış olublar, ulu öndə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillərə baxıblar. Burada fəaliyyət göstərən aviamodelizm, əl işləri, rəsm dərnəkləri ilə də tanışlıq olub.
Gənclərlə söhbət zamanı Qubadlı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Natiq Ağayev və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nərmin Bədəlova layihənin onlar üçün böyük önəm daşıdığını vurğuladılar.
Məktəblilər İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq kitabxanası və Mədəniyyət Sarayı ilə tanış olublar.

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə qardaşlaşma haqqında müqavilə imzalanıb. Məktəbdə bilik yarışı keçirilib. Yarışda iştirak edənlərə sertifikat verilib. Fəallığı ilə fərqlənənlərə hədiyyələr, ən fəal şagirdə isə fotoaparat verilib. Qalib komandaya isə kubok təqdim olunub.
Layihənin ikinci günü İsmayıllı məktəbində Qardaşlaşmış məktəblər" guşəsi yaradılıb.
image description image description image description image description image description