İdris Heydərli İdris Heydərli

Kitabsız Vətən

İdris Heydərli



Yenə...

Yeni yüz il yenicə başlayır. Rusiya bir imperiya olaraq çöküşə məhkumdur. Yeni düzən anlaşmaları var. Yeni düzəndə güc mərkəzləri Osmanlıya da düşmən...

Rusiyada 30 milyon müsəlman yaşayır. Onların kimin yanında olması önəmli bir hərəkat ola bilər. Osmanlı da onların taleyinə biganə deyil. Beləysə, "nə etməli" sualını Mərkəz bir formada həll etmək istər.

İdeyalar və hərəkatı başlayan Tatar müsəlmanlarıdır. Kazan yeni mərkəzə çevriləcəkmi? Müsəlman və türk kimliyi ilk öncə bu şəhərdə ayrıla bilir...
"Tərcüman"la başlayan bir hərəkat yalnız Bakida alov ola bilərdi. Elə də oldu...

Şamil hərəkatından sonra ideya müqaviməti ilk Azərbaycanda tamlaşa bildi. Mübarizə "Difai" şəklində gizli bir güc olaraq ortaya çıxdı. Azərbaycanda Qacar, Osmanlı və Qərb dəyərləri hələ savaş halında deyildi. Cənubı Qafqazda yeganə "çarın sadiq təbələri" Azərbaycan müsəlmanları idi. Rusiya strateqlərı də bu prosesi Azərbaycana yönəltməkdə ciddi bir nəticə olmayacağndan əmin idilər, ancaq... Bir iki gəncin savaşa atlanması ilə düşünülmüş stratejilər inanılmaz şəkil aldı.

Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə bir Qacarçı düşüncəyə malik gənc olaraq hadisələri doğru dəyərlndirə bilir.
Batumi Bakı dəmiryolunun açilması Osmanlı dövlətinin hadisələri öz xeyrinə dəyişməsinə səbəb olur. Gənclər Osmanlını tanıya bilirlər. Qacarçı düşüncə bir anda yeni bir müstəviyə çıxır. Müsəlman kimlik türk kimliklə əvəzlənməyə can atır.

Şiə-sünni savaşını daim diqqət mərkəzində saxlayan İmperiya bu prosesdə uduzmağa məhkumdur. Düşüncələr Türk kimliyini ortaya atmaqla sünni şiə mübarizəsini arxa plana keçirir. Rus-Yapon müharibəsindən yenicə çixan İmperiya yeni strateji hazırlamağa məqam tapmır.
Və...uduzur.
Bu 20-ci yüzilin əvvəllərində bizim ərazilərində baş verənlərə bir baxışdır.
2000-lərin 14-ündəyik.
1900-ların 14-də savaş başladı.
Yenə bir savaşlar körüklənir.
"Şeytanın kitabı yoxdur" deyir Fridman, stratejisi də yox demək.
Kitabların savaşı stratejilərin savaşı olaraq sabahın düzəni olacaq.
Biz bu savaşa hansı kitabla qoşulacağıq?
Kitabı bağlanıb demək, bitməkdir.
İçində yaşatdığı Vətənlə yaşadığı Vətənı tərs olanların Kitabı olmaz.