“Həyat hekayələri-Rizvan Abasov” sənədli filminin təqdimatı keçirilib. “Həyat hekayələri-Rizvan Abasov” sənədli filminin təqdimatı keçirilib.

“Həyat hekayələri-Rizvan Abasov” – FİLM (FOTO)

“Həyat hekayələri-Rizvan Abasov” sənədli filminin təqdimatı keçirilib.



AzNews.az xəbər verir ki, ötən gün Biləsuvar rayon Heydər Əliyev Mərkəzində "Azərbaycanın əməkdar mühəndisi", mərhum Rizvan Abasova həsr olunan "Həyat hekayələri-Rizvan Abasov" sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Dövlət Neft Şirkətinin "Dəniz-neft-qaztikinti" trestinin təchizat idarəsinin rəisi Gülab Bünyadov, "Dəniz-neft-qaztikinti" trestinin "Qaz-ixracat" idarəsinin rəisi Qağaməli Seyfullayev, filmin ssenari müəllifi və layihə rəhbəri Bəxtiyar Qaraca, filmin quruluşçu rejissoru Kəmalə Mirzəyeva,hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mərhumun qohumları və ailə üzvləri iştirak ediblər.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbiri giriş sözü ilə açaraq mərhum Rizvan Abasovun həyat yolundan danışıb. O, əməkdar mühəndisin yaşadığı qısa ömür çərçivəsində öz savadı, qabiliyyəti sayəsində respublikada sevilən bir neftçi kimi tanındığını söyləyib.

Mərasimdə Rizvan Abasovun həmklarları, ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər. Daha sonra "Həyat hekayələri-Rizvan Abasov" filminin ssenari müəllifi və layihə rəhbəri Bəxtiyar Qaraca filmin ərsəyə gəlməsi barədə tamaşaçılara məlumat verib. O, Rizvan Fərman oğlu Abasovun Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olduğunu, uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifələrdə vətəninə və xalqına xidmət etdiyini bildirib. Filmin ssenari müəllifi təəssüflə dahi mühəndisin 52 yaşında avtomobil qəzası nəticəsində həyatla vidalaşdığını qeyd edib: "Amma sevindirici haldır ki, Rizvan Abasovun hər iki övladı hazırda atalarının yolunu davam etdirir".

Mərhumun övladları Azərbaycan Dövlət Neft Şirkətinin işçisi Sünarə Abasova və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Araz Abasov çıxış edərək ataları haqqında bu tədbirin keçirilməsi və filmin çəkilməsinə görə filmin yaradıcı kollektivinə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda "Azərbaycanın əməkdar mühəndisi", mərhum Rizvan Abasova həsr olunan "Həyat hekayələri-Rizvan Abasov" sənədli film nümayiş olunub.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description