Suriyanın Kobani şəhərində kürd silahlıları “İslam dövləti” qruplaşmalarının sıralarında döyüşən azərbaycanlı gənci edam ediblər. Suriyanın Kobani şəhərində kürd silahlıları “İslam dövləti” qruplaşmalarının sıralarında döyüşən azərbaycanlı gənci edam ediblər.

İŞİD-də döyüşən azərbaycanlı gənc edam edildi

Suriyanın Kobani şəhərində kürd silahlıları “İslam dövləti” qruplaşmalarının sıralarında döyüşən azərbaycanlı gənci edam ediblər.



AzNews.az APA-ya istinadən xəbər verir ki, Türkiyəyə sığınan suriyalı kürd qaçqınlardan Cüneyt Hemo adlı şəxs AFP-yə müsahibəsində Kobanidə 20 yaşlarında olan azərbaycanlının əsir götürülməsindən söz açıb.

O bildirib ki, Kobani şəhərinin qərb hissəsində gedən atışmalar zamanı ələ keçirilən döyüşçünü məscidə aparıblar: "Onunla danışaraq fikrini dəyişməyə çalışdılar. Amma o, dönə-dönə deyirdi ki, biz kafirik və onlar bizi doğru İslam yoluna gətirmək əmrini yerinə yetirirlər. İyirmi yaşlarında olardı. Ərəbcə danışırdı. Azərbaycandan bu torpaqları "kafirlərdən xilas etmək üçün" gəldiyini dedi. O, dayanmadan yalvarırdı ki, onu öldürək, çünki belə cənnətə gedəcək".

C.Hemonun sözlərinə görə, dindirilən zaman təmkinli davranan azərbaycanlı gənc ancaq öldürülməsini istəyib və mübahisə uzandıqda, kürd silahlıları onun başına atəş açaraq öldürüblər.