Prezident İlham Əliyev ötən gün Tacikistan prezidenti Emoməli Rəhmanla görüşünü şərh edib. Görüşdə Tacikistan Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənəcəyini bildirib. Prezident İlham Əliyev ötən gün Tacikistan prezidenti Emoməli Rəhmanla görüşünü şərh edib. Görüşdə Tacikistan Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənəcəyini bildirib.

“Bu vəhşilikləri hansısa yadplanetlilər deyil, bizim çörəyimizi yemiş adamlar edib” – Prezident

Prezident İlham Əliyev ötən gün Tacikistan prezidenti Emoməli Rəhmanla görüşünü şərh edib. Görüşdə Tacikistan Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənəcəyini bildirib.



AzNews.az xəbər verir ki, İlham Əliyev bu barədə özünün tvitter hesabında yazıb.

"Tacikistana ikinci rəsmi səfərə gəlməyim, Emoməli Şərifoviçin də Azərbaycanda iki dəfə rəsmi səfərdə olması özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Tacikistan prezidenti ilə birgə imzaladığımız siyasi Bəyannamə bizim gələcək münasibətlərimizin bütün spektrini müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regionda sülhün təmin edilməsi üçün yeganə mümkün yoldur. Bu mövqeni dəstəkləyən bütün ölkələrə, o cümlədən Tacikistana minnətdarıq".

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin illərlə kağız üzərində qaldığına da diqqət çəkən prezident işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiqlərin göstərilməməsini də qeyd edib.

"Azərbaycan yalnız öz milli maraqlarına əsaslanaraq fəal müstəqil xarici siyasət yürüdür və beynəlxalq təşkilatlarda milli maraqlarımızı müdafiə edir. Biz həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını itirməsinlər. BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda bir gün ərzində yerinə yetirilir, amma bizim başlıca problemimizin – Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cür qərarlar 20 ildən çoxdur ki, kağız üzərində qalır. İşğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Əgər bu qərarlar yerinə yetirilmirsə, deməli, həmin qərarları həyata keçirə bilməyən təşkilatlar nüfuzdan düşür. Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır. Bizə qarşı etnik təmizləmə aparılıb, işğal edilmiş ərazilərimizdə tarixi, mədəni, dini abidələrimiz dağıdılıb. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər"
-deyə İ.Əliyev qeyd edib.


Azərbaycanda, Xəzər regionunda ən iri liman olacaq Yeni Beynəlxalq Dəniz Limanının açılması, habelə gələn il başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə də toxunan ölkə başçısı bu layihələrin Azərbaycan üçün yeni imkanlar yaratdığını qeyd edib.

"Bu, Asiyadan Avropaya və əks istiqamətdə malların tranziti üçün ən qısa, ən səmərəli və ucuz yoldur. Düşənbə ilə Bakı arasında birbaşa aviareysin bərpa olunması ölkələrimizin daha da yaxınlaşması üçün çox yaxşı səmərə verəcək, Bakıdan keçməklə Avropaya, artıq indi Amerikaya səfərlər asanlaşacaq. Tacikistan və Azərbaycan xalqları həm tarix, həm də mədəniyyət baxımından bir-birinə yaxın xalqlardır. Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir. Biz gələcəkdə də mədəni proqramlarla bağlı müxtəlif tədbirlər keçirəcəyik. Tacikistanda və Azərbaycanda çox müsbət inkişaf dinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həll edilir. Bizim ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizi narahat edən bütün amillər sərhədlərimizdən kənardadır. Buna görə, sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyə töhfəmiz fəal müzakirə etdiyimiz məsələlərdir. Biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyir, bir-birimizin təşəbbüslərinə səs veririk. Biz bütün dünya üçün açığıq, bütün dünya ilə əməkdaşlıq edirik. Azərbaycan sivilizasiyaların dialoqu, mədəniyyətlərarası dialoq sahəsində çox iş görür. Artıq müntəzəm olaraq dördüncü dəfə keçirilən Bakı Humanitar Forumu əsasən multikulturalizm ilə bağlı məsələlərə həsr edilib. Bizim dövlətimizin əsası və gələcək uğurlarımızın rəhni xalqımızın ənənəvi dəyərlərinə arxalanmağımızdır. Biz bu dəyərləri qoruyub saxlamalı, möhkəmlətməliyik. Yeni, gənc nəsil də öz ölkəsinə, öz xalqına bağlı olmalı, Vətəni sevməli və milli ruhda tərbiyə olunmalıdır. Qonşu dövlətlərlə yaxşı münasibətlərdə olmağa çalışırıq və gücümüz daxilində kömək edirik. Əgər bizə kömək lazım olsa, biz də qonşularımızdan kömək gözləyirik və adekvat münasibət görürük. Təhsilə, elmə qoyulan sərmaylər gələcək inkişafın əsasıdır. Ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Biz də güclü elmi potensialı olan inkişaf etmiş ölkələr sırasında olmalıyıq"-deyə İlham Əliyev tvitter hesabında yazıb.

AzNews.az