Xarkovda Azərbaycanın Konsulluğu

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub.


"Qafqazinfo"nun məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin dinamik inkişafından danışıb.

Fəxri Konsulluqda Ukraynanın Xarkov, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərində yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi üçün hüquqşünaslardan ibarət xüsusi qrup yaradıldığını diqqətə çatdıran Ə. Salmanov bu istiqamətdə prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və göstərişlərin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

İkitərəfli diplomatik münasibətlərin inkişaf dinamikasından bəhs edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov və Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Nikolayko isə fəxri konsulluğa gələcək fəaliyyətində uğurlar arzulayıblar.