“ABŞ və Avropa Birliyi Rusiyanı dəyişdirmək istəyir”. “ABŞ və Avropa Birliyi Rusiyanı dəyişdirmək istəyir”.

Lavrovdan Ukrayna açıqlaması

“ABŞ və Avropa Birliyi Rusiyanı dəyişdirmək istəyir”.



AzNews.az xəbər verir ki, bu sözləri Rusiyanın NTV televiziyasına müsahibə verən xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ukraynadakı siyasi durumun tənzimlənməsinə kömək etməyəcək.

"Qərb Rusiyaya qarşı sanksiyaların Ukraynaya görə tətbiq olunduğunu gizlətmir. Onlar bu yolla Rusiyanın bölgədə yürütdüyü siyasəti dəyişdirmək istəyirlər. Hətta, Qərb dövlətlərində bir çox insanlar bu sanksiyaların zərərli olduğunu deyir və heç bir nəticə verməyəcəyini dilə gətirirlər. Ümumiyyətlə, biz Ukraynanı itirməyəcəyik. Bizim üçün Ukrayna ortaq tarixə, mədəniyyətə və ədəbiyyata malik olan qonşu bir dövlətdir", - deyə Sergey Lavrov bildirib.

AzNews.az