Dünən günorta saatlarından havanın kəskin dəyişməsi Azərbaycanın mobil operator xidmətlərində problem yaradıb. Dünən günorta saatlarından havanın kəskin dəyişməsi Azərbaycanın mobil operator xidmətlərində problem yaradıb.

“Azərfon”, “Bakcell” və “Azercell”- də problem yarandı

Dünən günorta saatlarından havanın kəskin dəyişməsi Azərbaycanın mobil operator xidmətlərində problem yaradıb.



AzNews.az xəbər verir ki, güclü külək səbəbindən hər üç - "Azərfon", "Bakcell", "Azercell" mobil operatorlarının xidmətindən istifadə etmək demək olar ki, qeyri-mümkün olub.

Xidmətdən yararlanmaq istəyən müştərilər zəng etdikləri nömrələrin ya işləmədiyini, ya da nömrəyə zəng çatmadığını deyirlər.

Bu da telefon xidmətlərindən istifadə edənlər arasında narahatçılığa səbəb olub.
Müştərilərin dediyinə görə, mobil operatorun xidmətindəki problem hələ də davam edir.

Gültəkin ƏLƏSGƏR
AzNews.az