Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmazda avtomobil qəzası - Piyada öldü

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 1959-cu il təvəllüdlü Səmədov Nəsrəddin Şəmsəddin oğlu idarə etdiyi "QAZ - 31" markalı avtomobillə piyada Xaçmaz rayonu, Nərəcan kənd sakini, 1969-cu il təvəllüdlü Cavadov Gülqadaş Nəsrulla oğlunu vurub. Qəza nəticəsində piyada dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.