Ermənilər tərəfindən Kəlbəcərin Şaplar kəndində girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsi oktyabrın 27-nə təyin olunub. Ermənilər tərəfindən Kəlbəcərin Şaplar kəndində girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsi oktyabrın 27-nə təyin olunub.

Girovların məhkəməsi ilə prezidentlərin görüşü eyni gündə – Təxribatmı?

Ermənilər tərəfindən Kəlbəcərin Şaplar kəndində girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsi oktyabrın 27-nə təyin olunub.

AzNews.az xəbər verir ki, həmin gün Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşü keçiriləcək.

Millət vəkili Sahib Alıyev girovların məhkəməsinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşdüyü günə salınmasını təxribat adlandırıb.

"Bunu ermənilər ya görüşün alınmaması üçün edirlər, ya da məqsədləri budur ki, Fransada da Sərkisyanın qarşısında soydaşlarımızın buraxılması tələbi qoyulduqda desinlər ki, buna ancaq məhkəmədən sonra baxıla bilər. Amma əgər beynəlxalq qurumlar və vasitəçi dövlətlər bircə dəfə prinsipallıq edib,ermənilərdən öz dədə-baba torpaqlarına baş çəkməyə gedənlərin hansı haqla tutulduqlarını soruşaraq onların buraxılmalarını tələb etsələr, onlar da bu oyunu oynamazlar. Havadarlarının nədən bunu etmədikləri aydındır, bəs görəsən bizdə insan haqları tapdalanır deyərək bar-bar bağıranlar niyə susurlar? Necə olur ki, onlar Leyla Yunus kimilərin buraxılmasını tələb edir və hətta bununla bağlı mitinq keçirdikləri halda öz dədə-baba yurdlarında girov götürülən soydaşlarımızın buraxılmasını bir dəfə olsun dillərinə gətirmirlər. Xaricdən bu haqda tapşırıq verilimir ona görəmi?-deyə millət vəkili qeyd edib.

Gültəkin ƏLƏSGƏR