Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub. Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub.

Azərbaycanlı aktrisa mükafat aldı - VIDEO

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub.



AzNews.az xəbər verir ki, Nəsrin Cavadzadəyə "Altın portağal" mükafatı rejissor Kutluğ Atamanın "Quzu" filmindəki roluna görə verilib. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.


Bu, Nəsrin Cavadzadənin ikinci "Altın portağal"ıdır.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.

Aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.



AzNews.az