Nigeriya Eboladan azad zona elan olunacaq. Nigeriya Eboladan azad zona elan olunacaq.

Nigeriya üçün şad xəbər – Ebolaya görə

Nigeriya Eboladan azad zona elan olunacaq.



AzNews.az xəbər verir ki, bu haqda qərar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ölkə ərazisində 6 həftə ərzində yeni xəstəlik hallarının aşkar edilmədiyinə görə verilib.

ÜST-ə görə Ebola virusuna yoluxma mərhələsindən xəstəliyin aşkar forma alması mərhələsinədək keçən inkubasiya dövrünün müddət həddi 21 gündür.
Ölkədə yeni Ebola xəstəliyi hadisəsi iki inkubasiya dövrü ərzində aşkar edilmədiyi halda həmin ölkəni ÜST "Eboladan azad" elan edir.

Afrikada ən çoxsaylı əhaliyə malik olan Nigeriyaya Ebola virusunu iyul ayında xəstəliyə yoluxduğunu bilməyən liberiyalı diplomat Patrik Savyer özü ilə gətirmişdi.

Bundan sonra Nigeriyada dövlət səhiyyəsi səviyyəsində dərhal qabaqlayıcı tədbirlər görülmüşdü, ölkə səhiyyəsində fövqəladə vəziyyət elan edilmişdi.

Bir müddətdən sonra Savyer və daha yeddi nəfər nigeriyalı vətəndaş xəstəlikdən vəfat etmişdilər.

Ölənlər arasında liberiyalı diplomatda Ebola virusunu aşkar etmiş həkim Ameyo Stella Adadevoh da var idi.

Qeyd edək ki, Ebola xəstəliyi epidemiyası nəticəsində Qərbi Afrikada 4 500 adam ölüb, ölüm hallarının əksəriyyəti Liberiyada, Qvineya və Syerra Leone-də qeydə alınıb.
Bu ölkələrdə xəstəliyə yoluxanların 70 faizi xəstəlikdən ölüb.


AzNews.az
image description image description