“Dövlət Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz Əbədidir!” adlı Uşaq və gənclərin bayram konserti keçirilib. “Dövlət Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz Əbədidir!” adlı Uşaq və gənclərin bayram konserti keçirilib.

Gənclər üçün Təhsil Mərkəzi uşaqlara bayram konserti keçirdi - FOTO

“Dövlət Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz Əbədidir!” adlı Uşaq və gənclərin bayram konserti keçirilib.



AzNews.az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi və Aura Park Ticarət və Əyləncə Mərkəzinin dəstəyi ilə keçirilən bayram konsertini giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə açıb. O, Azərbaycanın müstəqilliyi uğrunda döyüşən şəxslərə minnətdarlıq edib. Aygün Həsənzadə "Bu gün Azərbaycan gəncliyi olaraq müstəqillik kimi ülvi hisləri bizə bəxş edən, bu yolda şəhid və qazi olan həmvətənlərimizə borcluyuq"-deyə bildirib.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Aura Park Ticarət və Əyləncə Mərkəzinin rəsmi nümayəndəsi Orxan Mehdiyev də çıxış edərək bayram münasibəti ilə qonaqları təbrik ediblər. Tədbir daha sonra musiqi ifaları və rəqs nömrələri ilə davam edib.

Tədbirdə Gəncə Uşaq Evi, "PENDİK" Elitar Uşaq İnkişaf Mərkəzi, Gəncə şəhər 3 saylı uşaq bağçası, Samux şəhər 3 saylı Uşaq Bağçasının şagirdləri iştirak ediblər.

AzNews.az
image description image description image description