Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri İvane (Vano) Merabişvili 3 illik həbs cəzası alıb. Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri İvane (Vano) Merabişvili 3 illik həbs cəzası alıb.

Sabiq baş nazir 3 illik həbs cəzası aldı

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri İvane (Vano) Merabişvili 3 illik həbs cəzası alıb.



AzNews.az xəbər verir ki, Merabişvili 2006-ci ilin yanvarında "Gürcüstan Birləşmiş bankının" əməkdaşı Sandro Qirqvlianinin öldürülməsinə dair rezonans doğuran iş çərçivəsində həbs cəzasına məhkum edilib.

Bu gün məhkəmə Merabişvilini bu işin araşdırılmasını saxtalaşdırmaqda təqsirli bilib.
İşin digər fiqurantları - DİN-in konstitusiya təhlükəsizliyi şəbəsinin keçmiş əməkdaşları Qeronti Alaniya və Valerian Metreveli 4 il yarım həbs cəzasına məhkum ediliblər.

Aydan Axundova
AzNews.az