"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb. "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb.

Cavid Qurbanov himn yazdı - MƏTN

"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb.


AzNews.az sportnet.az-a istinadən xəbər verir ki, himnin musiqisi tanınmış bəstəkar, xalq artisti Eldar Mansurova məxsusdur.

Himnin mətnini təqdim edirik:

Uzağı yaxın edər-
Rəvandır yollarımız.
Sahillər birləşdirən
Körpülər qollarımız.
Qələbəyə aparar
Vətən övladlarımız.

Şan-şöhrətli ölkəmə
Bəlli uğurlarımız,
Birinci ol, qalib ol-
Azəryol-Azəryol!

Bayrağını sancdığın
Bu zirvələr sənindir.
Qazandığın qələbə,
Hər uğur vətənindir-
Yurdumun torpağında
Kök atıb bitənindir.

Azərbaycan adıyla
Sən həmişə qalib ol-
Azəryol... Azəryol!